Daha bir ölkə Rusiya peyvəndini təsdiqlədi

Belarusdan sonra Argentina Rusiya tərəfindən koronavirusa qarşı hazırlanan “Sputnik V” peyvəndinin istifadəsini təsdiqləyib.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qərar nazirlik tərəfindən təcili kodla imzalanıb. Bildirilib ki, Milli Dərman, Qida və Sağlamlıq Texnologiyaları İdarəsi (ANMAT) əməkdaşları vaksinin hazırlandığı müəssisələrdə olublar və araşdırmalar nəticəsində peyvəndin etibarlı olduğu müəyyən edilib.
Cümə axşamı Argentinaya 300 min dozanın çatdırılması planlaşdırılan “Sputnik V” ölkədə təsdiqlənmiş ikinci “COVID-19” peyvəndi olub. Vaksinin gələn həftədən tətbiqi planlaşdırılır.

Qeyd edək ki, Prezident Alberto Fernandez 10 dekabrda Rusiya ilə 10 milyon doza vaksin almaq üçün müqavilənin imzalandığını açıqlamışdı.скачать dle 10.6фильмы бесплатно
24-12-2020, 14:16
Baxıs: 38 302
Reyting: