Azərbaycanda qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcək

Dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə cərimələr müəyyənləşib.

Leqal.info-nun əldə etdiyi məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Belə ki, dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.скачать dle 10.6фильмы бесплатно
24-01-2022, 13:00
Baxıs: 21 411
Reyting: