Zaqatalada bələdiyyə sədrinə cinayət işi açılıb

Zaqatala bələdiyyəsinin sədrinə cinayət işi başlanılıb.

Bu barədə Leqal.info-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Bəhmətli kənd bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Aparılan araşdırmalarla bələdiyyənin sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
24-11-2021, 13:00
Baxıs: 40 294
Reyting: