Belarusda Ukrayna və Rusiya danışıqları başa çatıb

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.

Bu barədə Leqal.info xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.

Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edib.

18:51
Belarusun Brest vilayətində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.

Qeyd edilir ki, yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 18:50) başlayan danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.

Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edir.скачать dle 10.6фильмы бесплатно
7-03-2022, 22:00
Baxıs: 38 503
Reyting: