"Türkiyə Ukrayna və Rusiya arasında vasitəçiliklə bağlı səylərini davam etdirir"

"Təəssüf ki, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik missiyası nəticəsiz qaldı. Buna baxmayaraq, Türkiyə hələ də bu istiqamətdə səylərini davam etdirməkdədir".

"Leqal.info" "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ukrayna-Rusiya ətrafında baş verən gərginliyə münasibət bildirərkən deyib.

"Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən NATO çərçivəsində bu məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir. Bizim səylərimiz atəşkəsin təmin olunması və diplomatik müstəvidə danışıqların başlaması yönündədir", - səfir vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
26-02-2022, 12:14
Baxıs: 30 033
Reyting: