Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı olub

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə Leqal.info-ya Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно
14-02-2022, 14:30
Baxıs: 22 325
Reyting: