“Azərxalça”: Qanun pozuntuları keçmiş rəhbərlik dövründə baş verib

"Bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən açıqlanan 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir".

Leqal.info xəbər verir ki, bu barədə "Azərxalça"nın Maliyyə Nazirliyinin adıçəkilən qurumda yeyinti hallarının aşkar edilməsi ilə bağlı yaydığı məlumatla bağlı açıqlamasında deyilir.

"Maliyyə Nazirliyinin hesabatında “Azərxalça” ASC ilə bağlı qeyd edilmiş xoşagəlməz hadisələr keçmiş rəhbərlik dövründə baş verib.
09 yanvar 2021-ci il tarixdə “Azərxalça” ASC İdarə Heyətinin keçmiş sədri Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. V.Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib", - açıqlamada vurğulanır.

Qeyd edək ki, bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin hesabatında ötən il "Azərxalça" ASC-də aparılan nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntularının aşkar olunması haqqında məlumat yayılıb.

Məlumatda deyilir ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi, eləcə də bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.скачать dle 10.6фильмы бесплатно
10-02-2022, 21:30
Baxıs: 35 507
Reyting: