Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 5 mini ötüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 223 yeni yoluxma faktı qeydə alınıb, 2 319 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8 755 nəfər vəfat edib, aktiv xəstə sayı 27 596 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 945, ötən müddət ərzində isə ümumilikdə 6 172 333 test aparılıb. |
XƏBƏR LENTİ
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Dünən, 08:57
Dünən, 08:57