Zakir Həsənovun Türkiyəyə səfəri başlayıb

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir.

Leqal.info Türkiyənin “Haber Global” telekanalına istinadən xəbər verir ki, Azərbaycan hərbi nümayəndə heyəti bu gün səhər saatlarında “Anıtqəbir” memorialını ziyarət edib, Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyub.

Sonra Z.Həsənov xatirə kitabına ürək sözlərini yazıb: “Atatürkün xatirəsini hər zaman qəlbimizdə yad edirik. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!”

Bundan sonra Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə olunacaq.

Səfər fevralın 2-dək davam edəcək.скачать dle 10.6фильмы бесплатно
1-02-2022, 15:30
Baxıs: 22 064
Reyting: