Bakıdan Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq ölüb

Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
6-12-2021, 11:00
Baxıs: 24 595
Reyting: