Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 9 096 hektarı geri qaytarılıb
Bələdiyyələrin fəaliyyəti ilə bağlı inzibati tədbirlər nəticəsində ümumilikdə 9 323 hektar (ha) torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Leqal.info-nun xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, nəticədə 290 hektar torpaq sahəsinin mülkiyyətə və 8 806 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə isə 9 096 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 227 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır. |
XƏBƏR LENTİ
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57