Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır.

Leqal.info xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, səfər aprelin 9-da nəzərdə tutulub.

“Biz bu səfərə hazırlıq görürük. Səfərin yüksək səviyyədə və daha əhatəli, məhsuldar keçməsi üçün vacib olanların hamısını etmək lazımdır”, - Paşinyan hökumətin martın 10-da keçirilən iclasından sonra bildirib.

Qeyd edək ki, N.Paşinyan martın 9-da Fransaya işgüzar səfər edib.скачать dle 10.6фильмы бесплатно
10-03-2022, 12:00
Baxıs: 31 605
Reyting: