Seninem.Az > Siyasət / Manşet Yuxarı > Gürcüstan parlamentinin sədri Azərbaycanda müzakirə edəcəyi məsələləri açıqlayıb
Gürcüstan parlamentinin sədri Azərbaycanda müzakirə edəcəyi məsələləri açıqlayıbTarix: 6-06-2019, 11:17. Müəllif: admin |
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun üçüncü həftəsi Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb. Leqal.info-nun "Report"a istinadən məlumatına görə, spiker jurnalistlərə bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır. O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq: "Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq". Geri Qayıt |