Seninem.Az > Siyasət / Manşet Yuxarı > Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib


Tarix: 16-03-2019, 17:14. Müəllif: admin
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt