Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycanda 900-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 900-dən çox məhkum elektron qolbaq daşıyır


Tarix: 27-02-2019, 18:05. Müəllif: admin
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında məlumat verilib.

Qeyd olunub ki, 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt