Seninem.Az > Siyasət / Manşet Yuxarı > Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlərTarix: 19-02-2019, 13:17. Müəllif: admin |
|
Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səttar Möhbalıyev deyib. S.Möhbalıyev bildirib ki, həmin şəxslər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər: “Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, bir azərbaycanlı digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”. O qeyd edib ki, ölkə başçısının fəaliyyəti nəticəsində hər il yüz minlərlə iş yerləri yaradılır: "Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”. Geri Qayıt |