Seninem.Az > Siyasət / Manşet Sağ > Əmək pensiyalarının sığorta hissəsi artırıldı

Əmək pensiyalarının sığorta hissəsi artırıldı


Tarix: 7-02-2019, 18:30. Müəllif: admin
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırlıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt