Seninem.Az > Siyasət / Manşet Yuxarı > Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri seçilib

Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri seçilib


Tarix: 18-12-2018, 19:45. Müəllif: admin
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yekdilliklə növbəti dəfə MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri seçilib.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, seçki fondun idarə heyətinin Moskvada keçirilən iclasında baş tutub.

Görüşdə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Humanitar əməkdaşlıq şurasının sədri, Tacikistan prezidentinin köməkçisi Abducabor Rəhmonzadə və MDB-nin humanitar əməkdaşlıq orqanlarının digər üzvləri iştirak ediblər.

P.Bülbüloğlunu təbrik edən M.Şvıdkoy əlavə edib: "Stabillik inkişafa maneə deyil".скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt