Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib
Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edibTarix: 15-12-2018, 16:20. Müəllif: admin |
Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram". Geri Qayıt |