Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində təşkilat daxilində əlaqə möhkəmləndirilib
Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində təşkilat daxilində əlaqə möhkəmləndirilibTarix: 14-12-2018, 14:00. Müəllif: admin |
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində təşkilat daxilində əlaqə möhkəmləndirilib. Trend-in məlumatına görə, bunu QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. O bildirib ki, Azərbaycanın QDİƏT-də sədrliyi bu il iyulun 1-də başlayıb və dekabrın 31-i başa çatacaq. Nazir müavini əlavə edib ki, Azərbaycanın təşkilata sədrliyi müddətində səmərəli və etibarlı tranzit xidmətlərinin təmin olunması, kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafı məsələləri müzakirə olunub. Geri Qayıt |