Seninem.Az > Siyasət / Manşet Yuxarı > Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər
Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlərTarix: 7-12-2018, 13:00. Müəllif: admin |
Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin barəsində çox şey demək olar. Zatulin Dövlət Dumasının üzvü olmamışdan öncə də Azərbaycana qarşı düşmən mövqe tutan insanlardan biri idi. "Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, K.Zatulin həmişə erməni diasporunun dəstəyi ilə çalışıb: “Parlamentə seçildiyi regionda da erməni diasporu ona dəstək verib” Spiker qeyd edib ki, “Lazarev klubu”nda bir neçə rusiyalıdan başqa erməni mənşəllilər təmsil olunur: “Lazarevin kökü də erməni olub. O vaxt Azərbaycanda qırğınlar törədənlərdən biri olub. Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər. Mən artıq Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”. Geri Qayıt |