Seninem.Az > Siyasət / Manşet Yuxarı > Siyavuş Novruzov parlamentin iclaslarının ikinci hissəsində iştirak etməyən deputatlara irad bildirib

Siyavuş Novruzov parlamentin iclaslarının ikinci hissəsində iştirak etməyən deputatlara irad bildirib


Tarix: 15-11-2018, 13:59. Müəllif: admin
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov plenar iclasların ikinci hissəsində iştirak etməyən deputatlara irad bildirib.

Leqal.info-nun “Report”a istinadən xəbərinə görə, S.Novruzov deyib ki, Milli Məclisin hörməti onun nizam və intizamı ilə bağlıdır.

O bildirib ki, müzakirələr günün birinci və ikinci hissəsində aparılır: “Bəyəm, günün ikinci yarısında qəbul olunan qanunun çəkisi aşağıdır, yoxsa hüquqi dərəcəsi azdır? Bunların hər biri eynidir. Kimsə harasa iclasa gedirsə, yazılı və şifahi şəkildə parlament sədrinə müraciət edir və xahişi nəzərə alınır”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt