Seninem.Az > Siyasət / Manşet Yuxarı > “Ermənistan Qarabağdan çıxmalıdır”

“Ermənistan Qarabağdan çıxmalıdır”


Tarix: 23-10-2018, 23:59. Müəllif: admin
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Qarsda Qafqaz Universitetinin akademik ilinin açılışına qatılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Yıldırım universitetin “Fəxri doktoru” adına layiq görüldükdən sonra nitq söyləyib. TBMM sədri işğalçı Ermənistanı Dağlıq Qarabağ torpaqlarından çıxmağa və əsassız soyqırım iddialarından əl çəkməyə çağırıb:

“Soyqırım iddası alçaqcasına irəli sürülmüş iddiadır. Onsuz da, soyqırım, etnik təmizləmə, barbarlıq kimi anlayışlar bizə aid deyil. Öyünüləsi mədəniyyətimiz var. Millətimizin keçmişini ləkələmək istəyənlərin çirkin iddialarını heç vaxt qəbul etməmişik, etməyəcəyik də. İstəsələr, hər kəsə arxivlərimizi aça bilərik.

Ermənistan tez-tez “Türkiyə ilə münasibətlərimizi genişləndirmək istəyirik” deyə bəyanatlar səsləndirir. Əgər həqiqətən belə niyyəti varsa, hər şeydən əvvəl Dağlıq Qarabağda işğal etdiyi torpaqlardan çıxmalıdır. İşğal səbəbindən köçkün düşmüş 1 milyondan çox azərbaycanlı torpaqlarına qayıtmalıdır. Türkiyə ilə bağlı iddialardan vaz keçməli, qeyd-şərtsiz reallıqları qəbul etməlidir”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt