Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb
Prezident İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıbTarix: 22-10-2018, 18:10. Müəllif: admin |
Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Leqal.info “Report”a istinadən xəbər verir ki, sərəncamla İmişli şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Geri Qayıt |