Seninem.Az > Siyasət / Manşet Yuxarı > “RUSİYA İLƏ AZƏRBAYCANIN MÜNASİBƏTLƏRİ MEHRİBAN QONŞULUQ VƏ QARŞILIQLI HÖRMƏTƏ ƏSASLANIR”

“RUSİYA İLƏ AZƏRBAYCANIN MÜNASİBƏTLƏRİ MEHRİBAN QONŞULUQ VƏ QARŞILIQLI HÖRMƏTƏ ƏSASLANIR”


Tarix: 27-09-2018, 16:18. Müəllif: admin
“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmət və xoşməramlı qonşuluq prinsipləri üzərində qurulub”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin, şübhəsiz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulamaq istəyirəm. Biz mənafelərimizi həmişə tərazlaşdırmağa çalışır və bunu bacarırıq. Hazırda Azərbaycanda, təqribən, 700 Rusiya birgə müəssisəsi fəaliyyət göstərir. Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyaların həcmi 1,5 milyard dollardan çoxdur",- V.Putin bildirib.

O qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 12 faizədək artıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt