Seninem.Az > Siyasət / Manşet Yuxarı > AVTOMOBİLLƏRDƏ SİQARET ÇƏKİLMƏSİNİN QADAĞAN OLUNMASI TƏKLİF EDİLİR

AVTOMOBİLLƏRDƏ SİQARET ÇƏKİLMƏSİNİN QADAĞAN OLUNMASI TƏKLİF EDİLİR


Tarix: 24-09-2018, 16:16. Müəllif: admin
Deputat: “Sürücü siqareti çəkən zaman kül şalvarına düşür, o da külü təmizləməyə çalışır”.

Milli Məclisin (MM) deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

“Report”un xəbərinə görə, deputat bu təklifi MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: “Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt