Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Aİ üçün mühüm bir ölkədir

Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Aİ üçün mühüm bir ölkədir


Tarix: 25-08-2018, 16:44. Müəllif: admin
Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı (Aİ) üçün mühüm bir ölkədir.

Trend-in məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə iş adamları ilə görüşündə deyib.

Angela Meklel qeyd edib: “Biz bu gün ikitərəfli münasibətlər haqqında intensiv fikir mübadiləsi apardıq. Eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri haqqında fikir mübadiləsi apardıq. Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İran və Rusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətləri barədə də danışdıq”.

Kansler bildirib ki, Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Aİ üçün mühüm bir ölkədir: “Bu binadan da gördüyümüz kimi, Azərbaycan çox sürətli inkişafa nail olub. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi yaxşı faktdır. Alman iqtisadiyyatının da geniş şaxəli olması burada yaxşı partnyorluq üçün əsas yaradır. Azərbaycanda alman xarici ticarət palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Prezident də qeyd etdi ki, ölkənin iqtisadiyyatının inkişafına töhfə vermək üçün digər müəssisələr də ürəkdən dəvət olunur. Bizim bunda böyük marağımız var”.

A.Merkel Azərbaycanın dünyəvi bir dövlət olduğunu vurğulayıb: “Biz bu barədə danışdıq. Bu gün Azərbaycan dünyəvi müsəlman dövlətidir. Baxmayaraq ki, biz bu gün dünyanın bir çox ölkələrində islamlaşmanın daha da güclənməsi trendlərini müşahidə edirik.

Azərbaycanın iqtisadiyyatı üçün bu uğurların böyük əhəmiyyəti var. Almaniya bu sahədə yaxşı partnyor ola bilər. Mən çox şadam ki, yaranmış bu imkandan istifadə edib sizi dinləyə biləcəyik. Biz istəyirik ki, iqtisadiyyat nümayəndələri çıxış etsinlər, öz fikirlərini bildirsinlər”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt