Seninem.Az > Siyasət / Gündəm / Manşet Yuxarı > Azərbaycan Ordusunun mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİV-də yayılmış xəbər təxribatdır
Azərbaycan Ordusunun mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİV-də yayılmış xəbər təxribatdırTarix: 8-08-2018, 20:00. Müəllif: admin |
Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər. Məlumatda qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib. Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir". Geri Qayıt |