Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinə 2 milyon manat ayırıb


Tarix: 7-08-2018, 18:08. Müəllif: admin
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt