Seninem.Az > Siyasət / Gündəm / Manşet Yuxarı > Ermənistanın girov götürdüyü azərbaycanlıların azad edilməsi üçün diplomatik səylər davam etdiriləcək
Ermənistanın girov götürdüyü azərbaycanlıların azad edilməsi üçün diplomatik səylər davam etdiriləcəkTarix: 23-07-2018, 15:10. Müəllif: admin |
|
Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün diplomatik səylər davam etdiriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibinə, insan hüquqları üzrə ali komissarına, qaçqınlar üzrə ali komissarına, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə müraciətlər edib. H.Hacıyev bildirib ki, məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: "Bu istiqamətdə siyasi və diplomatik səylər davam etdiriləcək". Geri Qayıt |