Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident İlham Əliyev Akif Əlizadəni AMEA prezidenti vəzifəsinə təsdiq edib

Prezident İlham Əliyev Akif Əlizadəni AMEA prezidenti vəzifəsinə təsdiq edib


Tarix: 23-06-2018, 14:02. Müəllif: admin
Prezident İlham Əliyev Akif Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt