Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident İlham Əliyev Göyçay çayı üzərindəki körpünün bərpasına vəsait ayırıb

Prezident İlham Əliyev Göyçay çayı üzərindəki körpünün bərpasına vəsait ayırıb


Tarix: 7-06-2018, 17:53. Müəllif: admin
Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, M-4 Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt