Seninem.Az > Siyasət / Manşet Sağ > Almaniya prezidenti İlham Əliyevi təbrik edib

Almaniya prezidenti İlham Əliyevi təbrik edib


Tarix: 19-04-2018, 20:07. Müəllif: admin
Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer dövlət başçısı İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.

Leqal.info Oxu.Az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Prezidentliyinizin yeni dönəmində Sizə səmimi qəlbdən ali dövləti vəzifənizin icrasında böyük qüvvət, uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaqdır. Biz birlikdə ikitərəfli münasibətlərimizi genişləndirmək istəyirik. Azərbaycan gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulan islahatlar prosesində daim Almaniyanın dəstəyinə güvənə bilər.

Biz Sizin ölkənizlə əməkdaşlığımızı ATƏT və Avropa Şurası kimi qurumların tərkibində davam etdirməyə ümid edirik və məmnuniyyətlə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da güclənməsinə səy göstərməyə hazırıq.”скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt