Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycanda prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar qeydə alındı

Azərbaycanda prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar qeydə alındı


Tarix: 24-03-2018, 14:23. Müəllif: admin
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən 4 təşkilat qeydə alınıb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

"Exit-poll" keçirəcək təşkilatlar “Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə) və Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir (Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə).

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt