Seninem.Az > Siyasət / Manşet Yuxarı > Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsi başlayır

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsi başlayır


Tarix: 18-03-2018, 10:00. Müəllif: admin
Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi başlayır.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi martın 18-dən başlayır və aprelin 8-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt