Seninem.Az > Siyasət / Manşet Yuxarı > Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 15,52 milyon manat ayrılıb
Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 15,52 milyon manat ayrılıbTarix: 9-02-2018, 18:34. Müəllif: admin |
Azərbaycan prezidenti İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz olunmasının başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 15,52 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Geri Qayıt |