Seninem.Az > Siyasət / Manşet Yuxarı > Prezident əmək pensiyalarının artırılması haqqında sərəncam imzalayıb
Prezident əmək pensiyalarının artırılması haqqında sərəncam imzalayıbTarix: 9-02-2018, 18:30. Müəllif: admin |
Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə: bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Geri Qayıt |