Seninem.Az > Siyasət > Prezident Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarını təltif edib
Prezident Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarını təltif edibTarix: 10-11-2017, 18:17. Müəllif: admin |
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Leqal.info APA-ya istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib: Paşayeva Gülşən Məmmədəli qızı Allahyarova Tahirə Bəkir qızı Vəliyev Cavid İsmayıl oğlu Məhəmmədi Məsiağa Əhməd oğlu Sadıxov İsmayıl Ənvər oğlu. Geri Qayıt |