Seninem.Az > Siyasət > Prezidentin köməkçisi “Euronews”u Azərbaycandakı qaçqın böhranına diqqət yetirməməkdə günahlandırıb

Prezidentin köməkçisi “Euronews”u Azərbaycandakı qaçqın böhranına diqqət yetirməməkdə günahlandırıb


Tarix: 26-10-2017, 15:28. Müəllif: admin
“Euronews” bir neçə gün bundan öncə Myanmada baş verən hadisələri müasir zamanın ən böyük qaçqın böhranı adlandırıb. Bu, çox yaxşıdır və düzdür”.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

“Amma Avropada özünü ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən telekanal Azərbaycanda ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan artıq insan) haqda bir dəfə də olsun fikir söyləməyib”, - deyə o vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt