Seninem.Az > Siyasət > Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olub
Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olubTarix: 12-10-2017, 15:27. Müəllif: admin |
|
Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub. Leqal.info-nun xəbərinə görə, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir. M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək. Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur. Geri Qayıt |