Seninem.Az > Siyasət > Prezident İlham Əliyev Aleksandr Lapşini əfv edib
Prezident İlham Əliyev Aleksandr Lapşini əfv edibTarix: 11-09-2017, 11:45. Müəllif: admin |
Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Leqal.info-nun APA-ya istinadən məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin. Sərəncam imzalandığı gündən qüvvəyə minir". Geri Qayıt |