Seninem.Az > Siyasət > Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedibTarix: 9-09-2017, 13:10. Müəllif: admin |
Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, Azərbaycan dövlət başçısını Astanada hava limanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb. Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan 80 nümayəndə heyəti iştirak edəcək. Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərgisinin rəsmi bağlanış mərasimi olacaq. Leqal.info Geri Qayıt |