Seninem.Az > Siyasət > Azərbaycan və Rusiya arasında keçirilən mallar barədə məlumat mübadiləsinin təşkilinə dair Protokol təsdiq edildi

Azərbaycan və Rusiya arasında keçirilən mallar barədə məlumat mübadiləsinin təşkilinə dair Protokol təsdiq edildi


Tarix: 7-09-2017, 10:45. Müəllif: admin
Prezident İlham Əliyev Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış Protokol qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərmək tapşırılıb. (Trend)

Leqal.info
скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt