Seninem.Az > Siyasət > “Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”

“Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”


Tarix: 6-09-2017, 12:34. Müəllif: admin
Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı və azərbaycanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu deyib ki, Türkiyənin Azərbaycan və Gürcüstanla həyata keçirdiyi layihələr tək bu ölkələrin deyil, regionun rifahı üçündür: “2018-ci ildə TANAP layihəsi başlayacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfədir. Bununla yanaşı Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində işlər bitmək üzrədir. Test səfərləri artıq başlayıb. Qarsla Tbilisi arasında bir test səfəri olmalıdır. Bu test səfərlərindən sonra Bakı-Tiflis-Qars xətinin açılacağı tarixi birlikdə müəyyən edəcəyik. Bu, təkcə 3 ölkəni birləşdirən layihə deyil”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib.

Leqal.info
скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt