Seninem.Az > Siyasət > Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb
Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıbTarix: 5-09-2017, 16:41. Müəllif: admin |
Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək. Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir. Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək. Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq. Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq. Leqal.info Geri Qayıt |