Seninem.Az > Siyasət > "Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir"
"Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir"Tarix: 1-09-2017, 12:00. Müəllif: admin |
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib. APA-nın yerli bürosunun Gürcüstan prezidentinin administrasiyasına istinadən verdiyi xəbərə görə, dövlət başçısı müsəlmanlara sülh və əmin-amanlıq arzulayıb. “Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Bizim əcdadlarımız ölkəmizi birlikdə qurublar və tarix yaradıblar. Sizi və ailələrinizi Qurban bayramı münasibətilə təbrik edərək uğurlar və firavanlıq diləyirəm”, - deyə G. Marqvelaşvili təbrikində qeyd edib. Leqal.info Geri Qayıt |