Seninem.Az > Siyasət / Dünya > “Sabahdan Rusiya atəşkəsi rəsmən təsdiqləyə bilər” - Zelenski

“Sabahdan Rusiya atəşkəsi rəsmən təsdiqləyə bilər” - Zelenski


Tarix: 11-05-2025, 14:24. Müəllif: admin2
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya sabah – 12 may tarixindən etibarən atəşkəsi rəsmi şəkildə təsdiqləyə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, Rusiyanın nəhayət müharibəni dayandırmaq barədə düşünməsi "yaxşı əlamətdir".

“Əgər hər hansı bir müharibənin həqiqi sonu olacaqsa, onun ilk addımı atəşkəsdir. Biz gözləyirik ki, sabahdan – 12 may tarixindən başlayaraq, Rusiya tam, uzunmüddətli və etibarlı atəşkəsi təsdiqləyəcək və Ukrayna buna hazırdır”, – deyə dövlət başçısı vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt