Seninem.Az > Siyasət / Manşet Yuxarı / Manşet Sağ > Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib - FOTO
Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib - FOTOTarix: 14-09-2023, 10:39. Müəllif: admin2 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. TƏBİB-dən verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub. TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu bu gün kollektivə təqdim edib. Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb. H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb. O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib. Geri Qayıt |