Seninem.Az > Siyasət / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycan Ordusunun HHM bölmələrində döyüş atışları icra edilib
Azərbaycan Ordusunun HHM bölmələrində döyüş atışları icra edilibTarix: 26-04-2023, 10:15. Müəllif: admin2 |
![]() Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Atış çalışmalarında “OSA” və S-125 ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib. Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər. Geri Qayıt |