Seninem.Az > Siyasət / Manşet Yuxarı / Manşet Sağ > Nazir polkovniki bu rayona rəis göndərdi
Nazir polkovniki bu rayona rəis göndərdiTarix: 22-02-2023, 13:24. Müəllif: admin2 |
Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Bununla bağlı daxili işlər naziri, general-leytenant Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib. Bu təyinata qədər DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub. Qeyd edək ki, Arzu Heydərov cinayətkarlıqla mübarizə sahəsindəki xüsusi xidmətləri ilə tanınır. Belə ki, o daha əvvəl Binəqədi RPİ-də cinayət axtarış şöbəsinin rəis müavini, daha sonra isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi olub. Geri Qayıt |